Yeni nazir müavinlərinin cavabdeh olduğu sahələr müəyyənləşib

   Yeni nazir müavinlərinin cavabdeh olduğu sahələr müəyyənləşib
  13 Sentyabr 2023    Oxunub:1250
Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.
Yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduğu sahələr müəyyənləşib. Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.

Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti