Bu il əhalinin taksidən istifadə sayı 54 milyonu ötüb

Bu il əhalinin taksidən istifadə sayı 54 milyonu ötüb
  13 Sentyabr 2023    Oxunub:1028
Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 83,6 mln. ton yük, 1044,4 mln. sərnişin daşınıb.
AzVision.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 17,1% artım qeydə alınıb.

Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 4,8%, sərnişin dövriyyəsi isə 16,7% artıb.

AzVision.az



Teqlər:



Xəbər lenti