İlham Əliyevin daha bir uğuru: Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirak edəcək

      İlham Əliyevin daha bir uğuru:    Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirak edəcək
  13 Sentyabr 2023    Oxunub:1941
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfər edəcək və sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak edəcək.
Bu barədə AzVision.az -a Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib. Beləliklə, bu sammitdə ilk dəfə olaraq regiondan kənar dövlət başçısı iştirak edəcək. “Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edəcək”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbirin proqramına əsasən, Tacikistan Prezidenti Emoməli Rəhmonla İlham Əliyev arasında ikitərəfli görüş, o cümlədən Azərbaycan liderinin Mərkəzi Asiya dövlət başçılarının görüşündə çıxışı nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti