Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib

   Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib
  14 Sentyabr 2023    Oxunub:1262
"Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib".
Bunu İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.

O, əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu qeyd edib.

İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti