“Bakmil”də qatarların hərəkət cədvəli dəyişdirilir

“Bakmil”də qatarların hərəkət cədvəli dəyişdirilir
  14 Sentyabr 2023    Oxunub:1374
Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tətbiq ediləcək.
Qurumdan AzVision.az -a verilən məlumata görə, bu səbəbdən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə də dəyişikliklər edilib.

Qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilir.

Yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.

AzVision.az


Teqlər:



Xəbər lenti