Xaçmazda 56 yaşlı kişinin meyiti tapıldı

   Xaçmazda 56 yaşlı kişinin meyiti tapıldı
  15 Sentyabr 2023    Oxunub:982
Xaçmazda naməlum kişi meyiti aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Xaçmaz  



Xəbər lenti