Vilayət Eyvazov türkiyəli polisi təltif etdi - Foto

   Vilayət Eyvazov türkiyəli polisi təltif etdi -    Foto
  15 Sentyabr 2023    Oxunub:1319
UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında bayrağımıza göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan DİN tərəfindən təltif edilib.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında Əmr imzalayıb.

DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti