Bəkir Şahin İnam Kərimovla görüşdü

   Bəkir Şahin İnam Kərimovla görüşdü
  15 Sentyabr 2023    Oxunub:1287
Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ali Məhkəməsində olub.
AzVision.az xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bu gün Azərbaycan-Türkiyə arasında sarsılmaz dostluq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var.

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və birgə fəaliyyət nəticəsində mövcud əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb. Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti