ANAMA-nın avtobusu Laçında qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb

   ANAMA-nın avtobusu Laçında qəzaya uğrayıb,    3 əməkdaş xəsarət alıb
  16 Sentyabr 2023    Oxunub:1325
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.
Bu barədə AzVision.az -a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.
AzVision.az



Teqlər: ANAMA  



Xəbər lenti