Ermənilərin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

Ermənilərin Ağdam istiqamətində    səngər qazmasının qarşısı alınıb
  16 Sentyabr 2023    Oxunub:1446
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
AzVision.az



Teqlər: Səngər   Ağdam  



Xəbər lenti