Səfir Ermənistanın sülhə yaratdığı əsas manelələri açıqladı

Səfir Ermənistanın sülhə yaratdığı əsas manelələri açıqladı
  16 Sentyabr 2023    Oxunub:1453
"Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə olunması qarşısında əsas maneədir".
Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında paylaşım edib.

"2020-ci il noyabr bəyanatı ilə bağlı Ermənistanın iki əsas pozuntusu qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin olunmasından imtina etməsidir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmək və separatçıları maliyyələşdirməklə yanaşı, bunlar Azərbaycan-Ermənistan arasında sülhə əsas maneələrdir", - diplomat bildirib.

AzVision.az



Teqlər: Səfir  



Xəbər lenti