Ermənistan ordusuna məxsus kvadrokopter ələ keçirilib

   Ermənistan ordusuna məxsus kvadrokopter ələ keçirilib
  16 Sentyabr 2023    Oxunub:1365
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti