Ermənilər Gədəbəyi atəşə tutdu

   Ermənilər Gədəbəyi atəşə tutdu
  19 Sentyabr 2023    Oxunub:879
Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti