DİN gücləndirilmiş iş rejiminə keçdi

   DİN gücləndirilmiş iş rejiminə keçdi
  19 Sentyabr 2023    Oxunub:671
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
AzVision.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəis əvəzi Elşad Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti