Nazirlik: "Mülki kolonun atəşə tutulması yalandır"

      Nazirlik:    "Mülki kolonun atəşə tutulması yalandır"
  20 Sentyabr 2023    Oxunub:1254
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Bu əsassız iddianı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti