Terrorda ölən iki polisimiz dəfn edildi - FOTOLAR

 Terrorda ölən iki polisimiz dəfn edildi -  FOTOLAR
  20 Sentyabr 2023    Oxunub:2958
Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşı Ramil Arif oğlu Şirinov və polis əməkdaşı Xəzər Zamanov Sumqayıtda Şəhidlər xiyabanında dəfn ediliblər.
Qeyd edək ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi terror hadisəsinin baş verdiyi istiqamətdə hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.






AzVision.az


Teqlər:



Xəbər lenti