Lotu Qulinin qardaşı oğlunu güllələdilər - Fotolar

 Lotu Qulinin qardaşı oğlunu güllələdilər -  Fotolar
  20 Sentyabr 2023    Oxunub:2225
İstanbulun Beylikdüzü rayonunda avtomobilə atəş açılıb, ölən və yaralanan var.
“Sabah”ın məlumatına görə, hadisə ötən gecə saat 22:30 radələrində baş verib.
Naməlum şəxs iki il bundan öncə qətlə yetirilən Lotu Quli ləqəbli Nadir Səlifovun qardaşı oğlu Maqomet Qurbanov, Yılmaz Dəmir, Mehmet Açermen və Gürcüstan vətəndaşı İsrafil Orucovun olduğu avtomobili atəşə tutub.

Nəticədə Yılmaz Dəmir aldığı xəsarətlərdən yerindəcə keçinib, digər üç nəfər isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra zərərçəkənlər təcili tibbi yardım maşını ilə xəstəxanaya, mərhumun meyiti isə məhkəmə-tibb morquna aparılıb.

Hadisə yerinə baxış keçirən polis iyirmidən çox giliz tapıb.

Faktla bağlı istintaq davam edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti