Elçin Əmirbəyov xarici mediaya antiterror əməliyyatından danışıb – VİDEO

   Elçin Əmirbəyov xarici mediaya antiterror əməliyyatından danışıb –    VİDEO
  20 Sentyabr 2023    Oxunub:2538
Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Qarabağda keçirilən antiterror əməliyyatı ilə bağlı xarici KİV-ə müsahibələr verib.
“Radio France İnternationale”-ə müsahibəsində o deyib ki, Qarabağda olan qeyri-qanuni silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədirdi. 3 ilə yaxındır ki, 10 minədək qeyri-qanuni silahlılar ərazimizdə qalmaqda davam edir. Ermənistan separatçılara hər cür dəstək verir, o cümlədən, öz büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara gəlinib ki, bu lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəflər neytrallaşdırılsın.

Elçin Əmirbəyovun Ərəb Əş-Şərq TV-yə müsahibəsinə isə buradan baxa bilərsiniz.




Teqlər: Antiterror  



Xəbər lenti