"Azərbaycanda monopolistlər var və bu gizli deyil" - Vahid Əhmədov

   "Azərbaycanda monopolistlər var və bu gizli deyil" -    Vahid Əhmədov
  26 Sentyabr 2023    Oxunub:1439
"16 il bundan əvvəl Rəqabət Məcəlləsi iki oxunuşda qəbul etmişdik. Məcəllənin üzərində çox ciddi işlər getdi, amma üçüncü oxunuşa çıxara bilmədik. Onun da müəyyən səbəbləri var idi. Qəbul etməyə imkan vermədilər".
AzVision.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə zamanı deyib.

O bildirib ki, hazırda Rəqabət Məcəlləsi Milli Məclisə daxil olub və onun qəbul olunması çox vacibdir:

"Bəziləri elə fikirləşir ki, bu Məcəllənin qəbul edilməsindən sonra bütün məsələlər öz həllini tapacaq. Bu Məcəllənin qəbul olunmasında bir neçə məqsəd var. Azərbaycanda monopolistlər, inhisarçılar var. Bu, gizli deyil. Bu da ölkəmizin daxili bazarına çox böyük təzyiq göstərir və o da gəlib qiymət siyasətinə dirənir. Azərbaycanda qiymətlərdə ciddi problemlər yaradır. Bu da insanların həyat şəraitinə təsir edir".

AzVision.az


Teqlər:



Xəbər lenti