"Azərbaycanı günahlandırmaq artıq nəticə verməyəcək" - Erməni blogger

   "Azərbaycanı günahlandırmaq artıq nəticə verməyəcək" -    Erməni blogger
  26 Sentyabr 2023    Oxunub:1540
“Müxalifət həmişə olduğu kimi, Qarabağ ermənilərinin taleyini vecinə almır və isterik qadın kimi heç nəyə fikir vermədən gündəmini irəli aparır. Sizin məsuliyyətsiz davranışınız ucbatından Qarabağ ermənisi bu gün əziyyət çəkir. Bütün bunlar sizin uzun illər soyğunçu olmağınızın nəticəsidir”.
AzVision.az xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Qarabağda heç bir “dövlət strukturu” fəlakətə necə müqavimət göstərəcəyini bilmir və xalqın özünütəşkilat qabiliyyəti olmasaydı, vəziyyət daha da pis olardı.

Təbii ki, hər zaman çətin vəziyyətdə Azərbaycanı günahlandıra bilərsən. Bununla da özünü təmiz göstərə bilərsən. Lakin konkret bu halda kimin nə etdiyini görürük və öz günahlarımızı ört-basdır etmək üçün Azərbaycanı ittiham etmək artıq işə yaramayacaq. Siz hələ cavab verəcəksiniz",- Aleksanyan yazır.

AzVision.az


Teqlər:



Xəbər lenti