Ruhani Azərbaycana gələsi olmadı?

Ruhani Azərbaycana gələsi olmadı?
  08 İyul 2014    Oxunub:749
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər edəcəyi aylar öncə bəyan edilsə də onun gəlişindən nə xəbər var, nə ətər...
Azərbaycan təxmininə bu ilin aprel ayından Ruhaninin yolunu gözləyir. Səfərin nə zaman reallaşacağı, ümumiyyətlə baş tutub-tutmayacağı hələ də bəlli deyil.

İranın Azərbaycandakı səfirliyi də Ruhaninin gəlişindən xəbərsizdir.

Səfirlikdən AzVision.az-a verilən açıqlamada İran prezidentinin səfəri barədə onlara rəsmi Tehrandan məlumat verilməyidi bildirilib.

“Bu haqda bizdə yeni məlumat yoxdur”-deyə səfirlikdən qeyd edilib.

Bəzi ekspertlər hesab edirlər ki, Ruhaninin Azərbaycan səfəri böyük ehtimalla yaxın vaxtlarda reallaşmayacaq.

İran mətbuatında da bu mövzu ilə bağlı yeni informasiyalara rast gəlmək mümkün deyil.

Qeyd edək ki, Prezident İlham Əliyevin İrana rəsmi səfərindən sonra Ruhaninin də Azərbaycana gələcəyi açıqlanmışdı.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirmişdi ki, Azərbaycan dövlət başçısı İranda səfərdə olarkən Həsən Ruhanini Bakıya dəvət edib.

“Hazırda bu səfərin yaxın gələcəkdə prezident Ruhaninin iş qrafikinə uyğun baş tutması üçün işlər görülür”,-deyə səfir qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti