Maşın ağaca çırpıldı, yaralılar var

Maşın ağaca çırpıldı, yaralılar var
  09 İyul 2014    Oxunub:1028
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan-Şahsevən yolunun 15-ci kilometrliyində, Beyləqan rayonu ərazisində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşaları deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:41-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti