Zakir Həsənov cəbhə bölgəsində - Fotolar

Zakir Həsənov cəbhə bölgəsində - Fotolar
  10 İyul 2014    Oxunub:949
İyulun 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlərin keçirildiyi hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.aza verilən məlumata görə, nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və səmərəli istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.

Sonra müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşmüş, xidmətdə fərqlənənlərə saat təqdim edib.



Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Teqlər:



Xəbər lenti