Zahid Qaralov prezidentin sərəncamından danışdı

Zahid Qaralov prezidentin sərəncamından danışdı
  10 İyul 2014    Oxunub:1012
Mənim 80 illik yubileyimə həsr edilmiş konfransın keçirilməsi Prezident İlham Əliyevin bütövlükdə Yeni Azərbaycan Partiyasına göstərdiyi hörmətin təcəssümüdür.
AzVision.az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov söyləyib.

Z.Qaralov deyib: “Hər bir alimin, ictimai-siyasi xadimin yubileyinin belə yüksək səviyyədə qeyd olunması gələcək nəsillər üçün bir örnəkdir. Onlar da görürlər ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, gərək ömrünü xalqa bağışlayasan. Gərək gördüyün işlərlə, əməllərinlə doğma xalqına xidmət edəsən. Mən 60 ildir sərbəst yaradıcılıqla məşğulam. Bir çox alimlər yetişdirmişəm. Mən öz rəhbərlərimdən, alimlərdən, siyasi xadimlərdən öyrənmişəm, həyatda təcrübə qazanmışam. Öyrəndiklərimi, əldə etdiyim təcrübəni gələcək nəsillərə ötürürəm”.

Bir çox əsərlərin müəllifi olduğunu deyən Z.Qaralov həyat bilgisi adlı fənnin məhz onun tərəfindən hazırlandığını diqqətə çatdırıb. O əlavə edib ki, bu fənn bütün təbiət, cəmiyyət, insan təfəkkürü haqqında elmlərə inteqrasiya edir.
Ulu öndər Heydər Əliyevin elmi irsini dərindən öyrəndiyini deyən Z.Qaralov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Ümummilli Lider tərəfindən müəyyən edilmiş siyasi kursu uğurla davam etdirir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Zahid İbrahim oğlu Qaralovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Teqlər:  





Xəbər lenti