Gənclər “Da Vinçi”nin sirrini axtaracaq

Gənclər “Da Vinçi”nin sirrini axtaracaq
  10 İyul 2014    Oxunub:980
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə DVC tərəfindən gənclər arasında “Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib.
AzVision.az xəbər verir ki, layihədə Azərbaycanın 8 bölgəsinin 15 ali təhsil müəsisəsini təmsil edən gənclər iştirak edəcək.

Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsidir.

Məntiqi intellektual oyun olan “Kod Da Vinçi”nin mahiyyəti komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışından ibarətdir. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi tapmacanın (sualın, tənliyin və s.) “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmaçanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər. Oyun müxtəlif yerlərdə keçirilə bilər: klubda, parkda, açıq təbiətdə, ofisdə və müxtəlif müvzuları əhatə edə bilər.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti