`NİDA-çı gənclərə ibrət olmalıdır ki...`

`NİDA-çı gənclərə ibrət olmalıdır ki...`
  10 İyul 2014    Oxunub:889
“NİDA-cı gənclərin Prezident İlham Əliyevdən əfv istəməsi və özlərinin indiyə qədər təsir altında olduqlarını etiraf etmələri çox yaxşı haldır”. Bu sözləri NİDA-cı məhkum Şahin Novruzlunun prezident İlham Əliyevdən əfv istəyinə münasibət bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, həqiqətən bu gənclər radikal müxalifətin təsirinə düşüblər: `Onlardan Əli Kərimli və İsa Qəmbər öz siyasətləri üçün faydalanırdılar. Əli Kərimli həmişə maraqlı olub ki, ona yaxın gənclərin əksəriyyəti həbsxanaya düşsün və o da bütün beynəlxalq təşkilatlara göstərsin ki, “əsas müxalifət” budur. Bu gənclər artıq başa düşüblər ki, Əli Kərimliyə onların adı lazımdır. Həmin gənclərin həbsindən bir ildən artıq vaxt keçib. Bu il ərazində Əli Kərimli bir dəfə də olsun o gənclərin yanına getməyib, mənəvi və ya maddi dəstək verməyib. Heç verməyəcək də. Lap üstündən 7 il keçsə də, gedən deyil. Bu, onun xarakteridir. Odur ki, radikal müxalifətin təsirində olan gənclər NİDA-cı gənclərdən bir ibrət götürməli və başa düşməlidirlər ki, nə Əli Kərimli, nə də İsa Qəmbərə görə həbsxanaya düşməyə dəyər. Birinin oğlu İngiltərədə gözəl həyat yaşayır, o birininki də Bakı da”.


Teqlər:  



Xəbər lenti