İmtahanın cavabları 3 günə bilinəcək

İmtahanın cavabları 3 günə bilinəcək
  21 İyul 2014    Oxunub:1171
TQDK iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada həyata keçirilmişdir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanmış və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanmış və imtahan prosesinin gedişinə nəzarət olunub .

Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

İyulun 21-dən başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.


Teqlər:





Xəbər lenti