“Moody’s”: ARDNF-in aktivlərinin artımı davam edəcək

   “Moody’s”:    ARDNF-in aktivlərinin artımı davam edəcək
  17 Yanvar 2026    Oxunub:1142
Qeyri-neft gəlirlərinin artırılması və fiskal konsolidasiya tədbirləri nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artmağa davam edəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, “Moody's Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqləri üzrə dövri icmalında belə deyilir.

Agentliyin qiymətləndirməsinə görə, həmçinin dövlət borcunun ÜDM-ə nisbəti orta müddətli fiskal çərçivədə nəzərdə tutulan 30%-dən aşağı səviyyədə qalacaq və bu göstərici oxşar reytinqə malik ölkələrin median göstəricisindən xeyli aşağı olacaq.

Bu amil hökumətin güclü maliyyə mövqeyini və ARDNF vasitəsilə formalaşan fiskal buferlərin qorunduğunu göstərir.

Agentlik, eyni zamanda, Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin Baa3 reytinqi və müsbət proqnozu da dəyişməz saxlayıb.

Məlumatda bildirilir ki, layihə Azərbaycanın dövlət zəmanəti ilə xarici valyutada olan bütün borclarının təmin edilməsi səbəbilə hökumətlə eyni səviyyədə qiymətləndirilir.

AzVision.az


Teqlər: Moody’s   ARDNF   artım  



Xəbər lenti