Suriya ordusu Deyr Hafir şəhərini terrorçulardan təmizləyib

Suriya ordusu Deyr Hafir şəhərini terrorçulardan təmizləyib
  17 Yanvar 2026    Oxunub:1371
Suriya ordusu Hələbin şərqində yerləşən Deyr Hafir şəhərini “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) təmizləyib.
Qeyd olunub ki, terrorçu qruplaşma razılaşmanı pozub və Məskənə şəhəri yaxınlığında Suriya ordusuna məxsus patrula hücum edib və iki əsgəri öldürüb, bir neçə əsgəri isə yaralayıb.

Suriya televiziyası bildirib ki, ordu Rəqqa vilayətinə daxil olub və Dəbsı Afnan qəsəbəsinə nəzarəti ələ keçirib.

Qeyd edək ki, Suriya ordusu qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti