Axios: “İlon Mask məhkəməyə çağırılacaq”

   Axios:    “İlon Mask məhkəməyə çağırılacaq”
  05 Fevral 2026    Oxunub:1500
Amerikalı milyarder İlon Mask və Dövlət Departamentinin bir neçə rəsmisi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi ilə bağlı iş üzrə ifadə vermək üçün çağırılacaq.
AzVision.az xəbər verir ki, Amerikanın “Axios” portalı belə məlumat yayıb.

“Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən dərhal sonra Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi (DOGE) büdcə xərclərinin genişmiqyaslı auditinə başladı. Əslində, Maskın təşəbbüsü ilə USAİD-in fəaliyyəti sonradan qurumun işinin yenidən qurulması məqsədilə müvəqqəti olaraq dayandırıldı”, - məlumatda xatırladılır.

Portal bildirir ki, USAİD əməkdaşları quruma ayrılan maliyyənin azaldılması ilə bağlı məhkəmə iddiası qaldırdığına görə İlon Mask və Dövlət Departamentinin məmurları dinləmələrə çağırılır.
ABŞ-nin Dairə Hakimi Teodor Çuanın sözlərinə görə, Maskın çağırılmasından başqa alternativ yox idi. Çünki nə sənədlərdən, nə də aşağı vəzifəli məmurlardan məlumat almaq mümkün deyil.

Çuan, eyni zamanda, milyarderin səlahiyyəti olmadan USAİD-in ləğvi barədə qərarına gəldiyini göstərən əvvəlki qərarlar da istinad edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   USAİD   məhkəmə  



Xəbər lenti