ARKA birgə film istehsalına dəstək müsabiqəsi elan etdi
Müsabiqə yerli və xarici kino şirkətləri ilə birgə film istehsalının təşkili, stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.
Müsabiqənin reqlamentinə görə, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan birgə film istehsalı baxımından prioritet ölkələr hesab olunurlar.
Layihələr qiymətləndirilərkən ortaq ictimai xadimlər və tarixi hadisələr haqqında olan, adət-ənənələri əks etdirən, ortaq dəyərlərin inkişafı və əlaqələrin gücləndirilməsinə xidmət edən filmlərə, eləcə də uşaq filmlərinə üstünlük veriləcək.
Müsabiqəyə sənədlərin qəbulu 1 iyul 2026-cı ildən başlayır.
Reqlamentlə tanış omaq üçün ARKA-nın rəsmi saytına keçə bilərsiniz.







Vaxtında, Aydın, Lazımlı!


