Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib
  27 İyun 2026    Oxunub:183
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 27-də planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. “Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşların ştat rejimdə icrası davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilir.


Teqlər:



Xəbər lenti