Təhsil nazirindən rus bölməsi ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən rus bölməsi ilə bağlı    AÇIQLAMA
  30 İyun 2026    Oxunub:225
Azərbaycanın təhsil sistemində rus bölməsi fəaliyyət göstərir və bu bölmələrin sabahdan bağlanması texniki baxımdan mümkün deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, bu məsələdə müəllimlər, mövcud infrastruktur və digər amillər nəzərə alınmalıdır:

"Eyni zamanda dövlət dili Azərbaycan dilidir və Elm və Təhsil Nazirliyi olaraq əsas məqsədimiz Azərbaycan vətəndaşlarına dövlət dilində keyfiyyətli təhsil təmin etməkdir. Ölkədə rus bölməsi ilə yanaşı, digər dillərdə tədris aparılan məktəblər də fəaliyyət göstərir. Valideynlər övladlarının hansı dildə təhsil alacağına özləri qərar verirlər.

Rus bölməsində təhsilin Azərbaycan bölməsi ilə müqayisədə daha keyfiyyətli olması barədə formalaşmış fikir reallığı əks etdirmir. Ola bilsin ki, bu yanaşma əvvəlki dövrlərdə müəyyən əsaslara söykənirdi, lakin bu gün belə deyil. Rus dilli məktəblərinin bağlanması heç vaxt gündəmdə olmayıb. Lakin hər bir təhsil müəssisəsində olduğu kimi, şagird sayının azalması və ya müəllim çatışmazlığı kimi obyektiv səbəblər yarandıqda optimallaşdırma aparıla bilər. Bu, tamamilə təbii prosesdir. Məsələn, şagird sayının az olması səbəbindən Azərbaycanın kəndlərində yüzlərlə məktəb fəaliyyətini dayandırıb və ya optimallaşdırılıb. Eyni prinsip bütün məktəblərə şamil olunur".


Teqlər:



Xəbər lenti