`Ən güclü namizəd mənəm` - Müsavatda başqanlıq davası

`Ən güclü namizəd mənəm` - Müsavatda başqanlıq davası
  29 Avqust 2014    Oxunub:1838
“Əgər mən inansaydım ki, başqanlıq görəvini məndən daha yaxşı icra edə biləcək adam var, namizədliyimi verməzdim. Həmin adamı dəstəkləyərdim, həmin adamın təbliğat-təşviqat kampaniyasında iştirak edərdim”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına namizəd partiyanın Divan üzvü Tural Abbaslı bildirib.

İsa Qəmbərin postuna iddialı olan T.Abbaslı vurğulayıb ki, partiya başqanlığına özümün daha faydalı olacağına inandığım üçün namizədliymi vermişəm: “Potensial rəqib deyəndə, rəqib bir az daha radikal anlayışdır. Müsavatda rəqiblər yox, alternativlər var. Başqanlığa namizədliyini verənlərin hamısını özümə alternativ görürəm. Biz bu günə qədər bir-birimizə alternativiksə, bu o demək deyil ki, bir-brimizi bəyənmirik. Mən düşünürəm ki, mənim başqan seçilməyim partiyamıza və mübarizəmizə daha xeyirli olacaq. Onlar da düşünürlər ki, onların seçilməsi daha məqsədəuyğundur. Biz indi bir ay ərzində təbliğat-təşviqat kampaniyası müddətində fikirlərimizi, iddialarımızı qurultay nümayəndələrinə çatdıracağıq. Və onlar da özləri üçün müəyyən edəcəklər ki, üzümüzə gələn bu 4 ildə Müsavat Partiyasına kim başqanlıq etsin”.

Qeyd edək ki, Müsavat Partiyasının Qurultayı sentyabrın 27-də keçiriləcək.

Mirvar Nəcəf


Teqlər:



Xəbər lenti