Moskva `Qarabağı` hansı halda tanıya bilər - rusiyalı politoloq

Moskva `Qarabağı` hansı halda tanıya bilər - rusiyalı politoloq
  29 Avqust 2014    Oxunub:5222
Stanislav Belkovskiy: “Qarabağın tanınması Qərblə Rusiya arasındakı rəqabətdən asılıdır”.

“Moskva müəyyən şərtlər altında “DQR”-in müstəqilliyini tanıya bilər” – deyə, rusiyalı politoloq və publisist Stanislav Belkovskiy, Kaliforniya Senatının “Qarabağın” tanınması ilə bağlı qətnaməni qəbul etməsi faktını şərh edərkən bildirib.

“DQR-in tanınması şərtləri Putinin başındadır” deyən Belkovskiy, bu şərtlərin Putinin Qərblə rəqabətdə yürütdüyü taktikaya bağlı olduğunu qeyd edib.

Politoloqun fikrincə, Rusiya prezidenti Vladimir Putinin Türkiyənin yeni seçilmiş prezidenti Ərdoğana bir komunikator kimi ümidləri böyükdür və bu ümidlər sarsılmadıqca Rusiya Qarabağı tanımayacaq.

Stanislav Belkovskiy, həmçinin qeyd edib ki, Moskva Qarabağı bir halda da tanıya bilər ki, bu da Azərbaycanın özündən asılıdır. Yəni Putin görsə ki, Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb və beynəlxalq miqyasda Kreml əleyhinə xəttin aparıcılarından biri olub, Qarabağı tanıyacaq.

Xatırladaq ki, Amerikanın Kaliforniya ştatının Senatı avqustun 27-də “Dağlıq Qarabağ Respublikasını” tanıyıb və “artsax xalqı”nın özünü müəyyənetmə hüququnu tanıyan qətnamə (AJR 32)qəbul edib. Kaliforniya senatı qətnaməni ABŞ Konqresinə və ölkə prezidentinə təqdim etməyə qərar verib.Qeyd edək ki, qətnaməni Senata senator Kevin De Leon təqdim edib.

Səbinə Həsənova


Teqlər:  



Xəbər lenti