Dəhşətli yol qəzaları: 8 ölü, 37 yaralı

Dəhşətli yol qəzaları: 8 ölü, 37 yaralı
  02 Sentyabr 2014    Oxunub:1897
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

DİN-də AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 37 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti