Əflatun Amaşov görüş keçirdi
Əskişəhərdə keçirilmiş I Türk Dünyası Qəzetçilər Şurasında çıxarılan qərarlar üzərində dayanılıb. Bu baxımdan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə dair toplantıda qaldırılmış məsələlərə xüsusi diqqət yetirilib.
Türk Dünyası Qəzetçilər Federasiyasının mövcud istiqamətdəki fəaliyyətini gücləndirmək üçün Azərbaycanla sıx təmaslar qurduğu və əməkdaşlığını daha da dərinləşdirəcəyi vurğulanıb.
Görüşdə, həmçinin Türk Dünyası Qəzetçilər Şurasının gələcəkdə də təşkili, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


