Nazirliyə ağaclarla bağlı şikayət
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda yaş köküstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib.
Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-in mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri götürülüb.
Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.







Vaxtında, Aydın, Lazımlı!


