`Prezidentdən nümunə götürməliyik` - Siyavuş Novruzov
Ölkə başçısının hərbçilərimizə görstərdiyi diqqətdən söz açan S.Novruzov hər kəsin prezidentdən nümunə götürməli olduğunu deyib:
`Türkiyədə müalicə olunan hərbçilərimizə böyük diqqət var. Onlara, bütövlükdə bütün hərbçilərimizə ən yüksək diqqəti Azərbaycan Prezidenti İlham Əliyev göstərir. Bilirsiniz ki, Azərbaycan nümayəndələri Türkiyənin hərbi hospitalında müalicə alan əsgərlərimizə mütəmadi olaraq baş çəkirlər. Eləcə də, Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri də əsgərlərimizi ziyarət edirlər. Bu bir daha dövlətlərimizin qardaşlığının göstəricisidir.
Bu fakt xüsusilə, bir daha dövlətimizin, Prezidentimizin orduya, hərbçilərə diqqət və qayğısının bariz nümunəsidir. Prezidentimiz sərhəd bölgələrinə mütamadi səfərlər edir, əsgərlərlə görüşür. Bu gün orduya göstərilən diqqət həddindən artıq böyükdür. Hesab edirəm ki, bu məsələdə hər bir vətəndaş cənab Prezidentdən nümunə götürməlidir. Orduya qürur mənbəyimiz kimi yanaşılmalıdır`.







Vaxtında, Aydın, Lazımlı!


