Ramil Usubov mükafat verdi

Ramil Usubov mükafat verdi
  04 Sentyabr 2014    Oxunub:1322
Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.
AzVision.az xəbər verir ki, bu münasibətlə sentyabrın 4-də Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.

Təqdimetmə mərasimdə şəxsi heyət qarşısında çıxış edən general-mayor Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı adından bir daha təbrik etmiş, onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti