Jurnalistlərin yeni binasından FOTOREPORTAJ

Jurnalistlərin yeni binasından FOTOREPORTAJ
  12 Sentyabr 2014    Oxunub:8791
Səbail rayonunda jurnalistlər üçün tikilən ikinci binanın artıq 9-cu mərtəbəsi inşa olunur.

AzVision.az-ın əməkdaşı jurnalistlərin ikinci binasında görülən işin gedişi ilə tanış olub.

Binanın 1-ci mərtəbəsinin bəzi mənzillərinə artıq plastik pəncərələr də quraşdırılıb. Bu onu göstərir ki, yeni binanın birinci mərtəbəsində də mənzil olacaq. Orada hər hansı bir iaşə və mağaza üçün obyektlər nəzərdə tutulmayıb. Yeddinci mərtəbədə daxil olmaqla bir çox otaqlar kərpiclərlə hörülüb. Həmçinin binanın yaxınlığında əlavə kiçik bir tikinti aparılır.



Tikinti aparan işçilərin verdiyi məlumata görə, həmin yer qazanxana olacaq və mənzillər istilik sistemi ilə təmin olunacaq.

Jurnalistlər üçün tikilən ikinci bina 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq. Binanın 2015-ci ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır. Binada mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq. Həmçinin binanın arxa tərəfində idman meydançası salınacaq.



Xatırladaq ki, Prezident İlham Əliyevin jurnalistlərin mənzil-məişət məsələsinin həll edilməsi üçün imzaladığı sərəncama əsasən, Səbail rayonunun Bibiheybət qəsəbəsində KİV işçiləri üçün 17 mərtəbəli yaşayış evi tikilib. 2013-cü ildə həmin ərazidə tikilən 156 mənzilli bina istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub. Prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 5 milyon manat ayrılıb.

Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.







Anar Kəlbiyev
Fotolar: Nuron



Teqlər:  



Xəbər lenti