Müəllimlər yenidən sınağa çəkiləcək

Müəllimlər yenidən sınağa çəkiləcək
  16 Sentyabr 2014    Oxunub:3355
Bakıdan növbəti dəfə müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, idarə tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilib.

Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıdan müəllimlər üçün sentyabrın 20 – də Sınaq Qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub.

Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq.

Qeyd edək ki, Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti