“İndi hər kəs eynək və linza satır” – Hadı Rəcəbli
H. Rəcəbli nə üçün bu qanun layihələrinin plenar iclarlara çıxmamasının səbəbini açıqlayıb: “Bu qanunlar indiyə kimi ona görə qəbul edilmir ki, cəmiyyət buna hazır deyil. Həm də bəzi qanunların üzə çıxması üçün maliyyə dəstəyi də lazımdır. Bu məsələlər gündəmə çıxa bilmirsə, bu o demək deyil ki, komitə işləmir”.
Komitə sədri eyni zamanda bildirib ki, komitənin mətbəxində yaz sessiyası üçün də qanun layihələri hazırlanır: “Milli Məclisin gələn ilki yaz sessiyasına kimi komitə tərəfindən “Turist bələdçiləri” və “İdmanda zorakılığın qarşısının alınması “ haqqında qanun layihələrini hazırlamağı planlaşdırırıq” .
Hadi Rəcəbli iclasda yeni qanun layihəsi təklifi ilə də çıxış edib. O bildirib ki, dünya ölkələrində də belə bir qanun var: “Məsələn, Türkiyədə bu qanunun adı “Optika” haqqında qanundur. Mən isə Azərbaycanda bu qanunun adının “Eynəklər və linzalar haqqında” Qanun adlanmasını təklif edirəm. Təbii ki, ad sonra dəyişilə də bilər. Bu qanunun təklif edilməsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda əhalinin əksəriyyətinin eynək problemi var. Apteklərdə satılan linzalar standartlara cavab vermir. Onlar gözü korlayır. Hər kəs piştaxta arxasında oturub linza satır”.
Sevinc İltifatqızı