DİN-dən deputatın polis qardaşı ilə bağlı AÇIQLAMA

DİN-dən deputatın polis qardaşı ilə bağlı AÇIQLAMA
  19 Sentyabr 2014    Oxunub:2974
“Ağcabədi rayon Dövlət Yol Polisi bölməsinin rəisi Dilavər Rüstəmxanlı 3-4 ay bundan qabaq tutduğu vəzifədən azad edilib”.
Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, bölmə rəsinin yerinə başqa təyinat da artıq olub: “Təyinat da olub, amma onun kim olduğunu bilmirəm. Dilavər Rüstəmxanlı da nazirliyin əməkdaşıdır, yəqin ki, bir müddət başqa rayonda işləyəcək”-deyə o əlavə edib.

Qeyd edək ki, “Qafqazinfo”-nun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə rəis Dilavər Rüstəmxanlı vəzifəsindən azad edib. O, sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  



Xəbər lenti