Deputat Avropa Parlamentinə etiraz etdi

Deputat Avropa Parlamentinə etiraz etdi
  19 Sentyabr 2014    Oxunub:1586
“Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi qətnamə əsassızdır. Bu, Avropanın Azərbaycana qarşı qərəzli mövqeyini əks etdirir”.
Bunu AzVision.az-a açıqlamasında hüquq-müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

Deputat vurğulayıb ki, Azərbaycanla heç bir halda diktə ilə, şərtlə danışmaq mümkün deyil:

“Cənab prezident dəfələrlə qeyd edib ki, hansısa təzyiqlə, şərtlə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Ölkəmizdə baş verən, müzakirə predmetinə çevrilən hər hansısa bir məsələni özümüz həll edə bilərik”.

Ç.Qənizadə hesab edir ki, ölkədə cənub qaz tranzitinin genişləndirilməsi və Trans Anadolu layihəsinin təməlqoyma mərasimi ərəfəsində Avropa bilərəkdən, düşünülmüş şəkildə bir gün öncə Azərbaycan haqqında belə qətnamə qəbul edir:

“Bu, onu göstərir ki, Avropa Parlamentində Azəraycanı sevməyən qüvvələr var və onların lazım gəldikdə ölkəmiz əleyhinə hansısa sənədi keçirtmək imkanları var. Bu, Azərbaycana ikili münasibətin göstəricisidir. ATƏT-in, NATO-nun Azərbaycanda keçirilən tədbirlərində 100 km-likdə 100 minlərlə insanın hüquqlarının pozulmasını və ərazilərinin işğalına görə, Ukrayna haqqında qətnamə qəbul etmələri onu göstərir ki, Avropa Parlamenti Azərbaycanın problemlərini görmək istəmir. Bütün Avropa Krım və Ukraynaya diqqət yetirdiyi halda, ondan da böyük ərazidə Azərbaycan torpaqlarının işğalına göz yumur”.

Millət vəkili onu da qeyd edib ki, Avropa bu cür qətnamələrlə özünü Azərbaycandan təcrid edir, Azərbaycan yox:

“Biz Avropayla əməkdaşlıqda maraqlıyıq və düşünür ük ki, bu hər iki tərəf üçün qarşılıqlı olmalıdır. Qətnamədə xüsusilə qeyd edilir ki, Azərbaycanda repressiyalar, mətbuata basqı, QHT-lərin susdurulması halları var. Amma bir şeyi qeyd etmək istəyirəm. Avropa özü qanunun aliliyindən danışır, heç kəsin qanundan kənar olmadığını diqqətə çatdırır. Belə olan halda hansısa QHT nümayəndəsi, hüquq müdafiıəçisi Azərbaycan qanunlarını pozarsa və onlara qanunun aliliyi tətbiq olunursa, niyə onlar bu insanların müdafiəsi ilə bağlı qərar qəbul edir?”

Azərbaycanın qətnamədəki tələbləri yerinə yetirib-yetirmməsinə gəlincə isə Ç. Qənuzadə deyib ki, Avropa Parlamenti qarşısında bu qətnaməni yerinə yetirmək barədə öhdəlik yoxdur: “Leyla və Arif Yunusun və digərlərin qeyd-şərtsiz azad olunmasını tələb etmək Azərbaycanın daxili işlərinə qarışmaqdır. Hüquq müdafiəşisi kimi bu qətnaməni birmənalı olaraq piləyirəm və qeyd edim ki Azərbaycan heç bir difktə ilə öz qanunlarını dəyişə bilməz”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti