DİN: Jurnalistin öldüyü maşından narkotik tapıldı

DİN: Jurnalistin öldüyü maşından narkotik tapıldı
  22 Sentyabr 2014    Oxunub:2220
Daxili İşlər Nazirliyi jurnalist Fuad Abdulrəhmanlının da arasında olduğu 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb.
DİN-in saytına istinadən AzVision.az xəbər verir ki, sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölmüşlər.

Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti