Məmmədyarov görüş keçirdi

Məmmədyarov görüş keçirdi
  25 Sentyabr 2014    Oxunub:1193
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Seynt Vinsent və Qrenada xarici işlər naziri Kamillo Qonzalveslə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı səfərlər müzakirə olunub.

Söhbət əsnasında həmçinin iqtisadi layihələrin icrası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.


Teqlər:



Xəbər lenti