Maşın aşdı: sürücünün arvadı öldü

Maşın aşdı: sürücünün arvadı  öldü
  25 Sentyabr 2014    Oxunub:1609
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fərzəli Əliyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb.

Qəza nəticəsində F.Əliyevin sərnişini - arvadı Gülurə hadisə yerində ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:



Xəbər lenti