Müsavat Əli Kərimlini qurultaya çağıracaqmı?

Müsavat Əli Kərimlini qurultaya çağıracaqmı?
  25 Sentyabr 2014    Oxunub:1278
“Müsavat Partiyasının Qurultayına kimlərin dəvət olunacağı artıq müəyyənləşib. Real müxalifət partiyalarının sədrləri, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də qurultaya dəvətlidir”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına namizəd Tural Abbaslı bildirib.

O bildirib ki, dəvətlilər üçün çox geniş yer ayrılmayacaq, çünki yerlər məhduddur: “Türkiyədən də qonağımız olacaq. Cəmil Ünal dəvət olunub, o, artıq Bakıya gəlir”.

Yeni Azərbaycan Partiyasından kimin dəvət olunacağına gəlincə isə T.Abbaslı bildirib ki, onda olan məlumata görə, hakim partiyadan heç kim qurultaya dəvət olunmayıb.

Qurultayın keçiriləcəyi mədəniyyət evinin ödənişi də partiya daxilində ianələr toplanmaqla həll edilib: “Bu gün müqavilə imzalanmalıdır. Problem qalmayacaq”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  



Xəbər lenti