İkinci peykimiz orbitə buraxılacaq

İkinci peykimiz orbitə buraxılacaq
  25 Sentyabr 2014    Oxunub:1381
Azərbaycanın ikinci telekommunikaisya peyki olan “Azerspace 2” nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə konfransda məlumat verib.

Nazir müavini bildirib ki, hazırda nazirlik tərəfindən peykin uyğun texniki parametrləri müəyyən olunur , tenderlə bağlı əsas meyarlar müəyyənləşdirilir. Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. İlin sonunadək müvafiq qərar qəbul olunacaq.


Teqlər:



Xəbər lenti